AMEA-nın Naxçıvan Bölməsinin Əlyazmalar Fondunda görkəmli ərəb dilçisi Əbul-Qasim Əbdur-Rəhman bin İshaq əz-Zəccacinin elmi yaradıcılığına həsr olunan elmi-praktiki seminar keçirilib.
Tədbiri fondun direktoru, filologiya elmləri doktoru Fərman Xəlilov açaraq Əbul-Qasim Əbdur-Rəhman bin İshaq əz-Zəccacinin həyat və fəaliyyəti haqqında ətraflı məlumat verib.
Sonra fondun elmi işçisi Kübra Vəliyeva “Görkəmli ərəb dilçisi Əbul-Qasim Əbdur-Rəhman bin İshaq əz-Zəccaci və onun elmi yaradıcılığı” mövzusunda məruzə ilə çıxış edib. O, dilçi alimin əsərlərində ərəb qrammatikasının bir sıra məsələlərinə aydınlıq gətirib və orijinal elmi mülahizələri diqqətə çatdırıb.
Daha sonra mövzu ətrafında müzakirələr aparılıb, çoxsaylı suallar cavablandırılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.