Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Tədqiqatçılar COVID-19-a qarşı dərmanların axtarışında sıçrayış ediblər
15.07.2020 11:05
  • A-
  • A
  • A+

Tədqiqatçılar COVID-19-a qarşı dərmanların axtarışında sıçrayış ediblər

SARS-CoV-2 virusuna qarşı 300 insan anticisminin analizi alimləri virusa effektiv hücüm edən anticismlər tərəfindən tez-tez istifadə edilən genlərə diqqət yetirməyə yönəldib. Ekspertlər hesab edirlər ki, bu kəşf vaksinin hazırlanmasına imkan yarada bilər.

Məlumdur ki, koronavirus insan hüceyrələrinə zülal vasitəsilə daxil olur.  ACE2 reseptoru isə virusun insan bədəninin hüceyrələrinə daxil olması üçün “qapı” rolunu oynayır.

meddaily.ru saytının məlumatına görə, virusun hüceyrələrə birləşdiyi sahədə yerləşən və ACE2-ni bloklayan anticisimlər virusla mübarizədə xüsusi effektiv hesab edilir.

Aparılan analiz virusun zülalının birləşmə nöqtəsinə təsir etmək üçün ən çox istifadə edilən IGHV3-53 genlərini seçməyə imkan verib. IGHV3-53 anticismləri mutagenliyin aşağı göstəricilərinə və virusun işini tormozlamaq qabiliyyətinə malikdir.

  • Paylaş: