Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Vərəm əleyhinə peyvəndin COVID-19-a qarşı təsiri araşdırılıb
16.07.2020 16:01
  • A-
  • A
  • A+

Vərəm əleyhinə peyvəndin COVID-19-a qarşı təsiri araşdırılıb

Vərəm əleyhinə peyvənd COVID-19-dan ölüm nisbətini azaltmağa kömək edə bilər.

Bu barədə mignews.com saytı xəbər verir. Bildirilir ki, amerikalı alimlərin araşdırmalarına görə, Bacillus Calmette-Guérin (BCG) adlı peyvənd qeyri-spesifik toxunulmazlığı, yəni, digər xəstəliklərdən qorunmanı təmin edir.

Tədqiqatçılar BCG-nin geniş yayıldığı ölkələrdə koronavirusdan ölüm nisbətinin aşağı olduğunu sübut ediblər.

Məlumatda bildirilib ki, vərəm peyvəndi 90 ildən çoxdur istifadə olunur, uşaqlar və böyüklər üçün təhlükəsizdir. Məsələn, hazırda insanların peyvənd olunmadığı Qərbi Almaniyada ölüm nisbəti şərqə nisbətən 2,9 dəfə çoxdur. Ümumiyyətlə, Qərbi Avropada orta ölüm nisbəti peyvəndin daha geniş yayıldığı Şərqi Avropa ilə müqayisədə 9,92 dəfə yüksəkdir.

Qeyd edilib ki, kliniki sınaqlar Hollandiya və Avstraliyada aparılır.

  • Paylaş: