Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Avstriya hökuməti COVID-19 pandemiyası ilə əlaqədar fəaliyyət planı təqdim edib
20.07.2020 10:48
  • A-
  • A
  • A+

Avstriya hökuməti COVID-19 pandemiyası ilə əlaqədar fəaliyyət planı təqdim edib

Avstriyanın Səhiyyə naziri Rudolf Anşober COVID-19 pandemiyası ilə əlaqədar 17 bəndlik fəaliyyət planı təqdim edib. Fəaliyyət planının əsas məqsədi bu ilin payızında ehtimal olunan ikinci dalğaya qarşı qısa müddət ərzində cavab tədbirlərini görməkdən ibarətdir.

Fəaliyyət planının ana xəttini işıqfor sistemi əsasında 24 saat içində məhdudiyyətlərin həyata keçirilməsi təşkil edir. İşıqfor sistemi yoluxma hallarının ümumi sayı, gündəlik müsbət testlər, klaster analizləri və xəstəxanalarda çarpayı sayı kimi dörd indikator əsasında çalışacaq və hər bir rayon üzrə ayrıca qiymətləndirmə aparılacaq.

R.Anşober bildirib ki, yay aylarında pandemiya ilə əlaqədar Avstriyada nisbi sabitliyin hökm sürməsi əhalidə arxayınlıq yaradıb və artıq müxtəlif regionlarda gündəlik yoluxma halları artmaqdadır.

Nazir əhalini ən qısa zamanda, yəni 24 saat içində bir sıra məhdudiyyətlərin yenidən qüvvəyə minəcəyinə hazır olmağa çağırıb.

Fəaliyyət planı yaxın müddətdə koronavirus pandemiyası ilə əlaqədar yaradılmış “qaynar xətt“ xidmətinin təkmilləşdirilməsi və işçilərin sayının artırılmasını, gündəlik testlərin sayının on minə çatdırılmasını, ekspertlərdən ibarət komissiyaların yaradılmasını nəzərdə tutur.

  • Paylaş: