Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

İnsanın koronavirus infeksiyasından sağala bilməmə ehtimalını göstərən yeni proqram hazırlanıb
27.07.2020 10:39
  • A-
  • A
  • A+

İnsanın koronavirus infeksiyasından sağala bilməmə ehtimalını göstərən yeni proqram hazırlanıb

Çin alimləri COVID-19-a yoluxmuş pasiyentlərdə kritik vəziyyətlərin inkişafını öncədən xəbər vermək üçün süni intellektdən istifadə edirlər. Qiymətləndirmə metodunu Quancjou Tənəffüs Orqanlarının Sağlamlığı İnstitutu  və Tencent AI laboratoriyasının əməkdaşları sınaqdan keçiriblər.

meddaily.ru saytı xəbər verir ki, tədqiqatçılar 575 tibb mərkəzindən 1590 pasiyentin məlumatları əsasında COVID-19-a yoluxmuş insanların xəstəxanaya daxil olduqları zaman kliniki göstəricilərinə əsasən 5, 10 və 30 gün ərzində onlarda kritik vəziyyətlərin inkişafı riskini öncədən xəbər vermək imkanına malik, özü öyrənən model hazırlayıblar.

Onlar 74 kliniki göstəricinin skrininqini aparıblar və kritik vəziyyətlərin inkişafının proqnozlaşdırılması üçün bir araya gətirməyin mümkün olduğu 10 əsas risk amili müəyyən ediblər.

Bunların arasında rentgen şəkillərində anomaliyalar, yaş, təngənəfəslik və bir sıra yanaşı xəstəliklərin mövcudluğu yer alıb.

  • Paylaş: