Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Mis ionları hopdurulmuş maskalar koronavirusun 99,9%-ni məhv edir
30.07.2020 12:35
  • A-
  • A
  • A+

Mis ionları hopdurulmuş maskalar koronavirusun 99,9%-ni məhv edir

Britaniyalı alimlər koronavirusa yoluxmanın qarşısını almaq üçün ucuz və sərfəli bir vasitə aşkar ediblər. Onlar idmançılar üçün qoxu əleyhinə vasitə və COVID-19-un virus təbiəti arasında müqayisə aparıblar. Cüzi miqdarda misdən istifadə etməklə virusa qalib gəlməyin mümkün olduğu məlum olub.

techcult.ru saytı məlumat verir ki, Britaniyanın "Copper Clothing" startapı xoşagəlməz qoxu əleyhinə daxili qoruma sisteminə malik parça və hazır geyimlər, idman uniforması və s. istehsalı ilə məşğul olur. Daxili qoruma sistemində mikroorqanizmlərin inkişafına mane olan misin antibakterial xüsusiyyətlərindən istifadə edilir. Mis ionları hopdurulmuş geyim mikrobları məhv edir və qoxunu təmizləyir.

Təcrübələr göstərib ki, mis ionları hopdurulmuş yeni parça onun üzərinə düşən bütün mikroorqanizmlərin 99,9%-ni məhv edir.

  • Paylaş: