Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Qazaxıstanda ilk dəfə koronavirus peyvəndi vurulub
04.08.2020 10:39
  • A-
  • A
  • A+

Qazaxıstanda ilk dəfə koronavirus peyvəndi vurulub

Qazax Milli Universiteti nəzdində Beynəlxalq Vaksinologiya Mərkəzinin həkimləri Qazaxıstanda yeni koronavirusa qarşı ilk vaksinasiyanı həyata keçiriblər.

fergana.news xəbər verir ki, koronavirusa qarşı ilk peyvənd edilən şəxs Vaksinologiya Mərkəzinin direktoru Kaysar Tabınov olub.

Ona Avstraliyada hazırlanmış və indi klinik sınaqların ilk mərhələsində olan COVAX-19 vaksini vurulub.

Xatırladaq ki, Qazaxıstanda koronavirus vaksininın hazırlanması istiqamətində iş aparılır. Peyvəndin kliniki sınaqlarına sentyabr ayında başlanması planlaşdırılır.

  • Paylaş: