Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

“AstraZeneca” COVID-19-a qarşı sintetik anticisim dərmanının sınaqlarına başlayıb
26.08.2020 10:58
  • A-
  • A
  • A+

“AstraZeneca” COVID-19-a qarşı sintetik anticisim dərmanının sınaqlarına başlayıb

Britaniya-İsveç şirkəti olan “AstraZeneca” COVID-19-a qarşı profilaktik və terapevtik sintetik anticisimlərin sınaqlarına başlanıldığını açıqlayıb.

Sintetik anticisim dərmanının ilk dozalarının  klinik sınaqların birinci mərhələsi çərçivəsində könüllülərə verildiyi bildirilib. İlk klinik sınaqlarda 18-55 yaş aralığında olan 48 sağlam könüllü iştirak edib.

Profilaktik və müalicəvi xüsusiyyətlərə malik olduğu düşünülən potensial dərmanın iki monoklonal anticismin birləşməsindən ibarət olduğu qeyd olunur. Dərmanın COVID-19-un müalicəsində inqilab yaradacağı bildirilir.

medimagazin.com.tr

  • Paylaş: