Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

08.12.2014 00:00
  • A-
  • A
  • A+

Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının iclası keçirildi

Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının iclası keçirildi

Dekabrın 5-də Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin binasında Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının (RETƏŞ) növbəti iclası keçirildi. Tədbirdə RETƏŞ-in üzvləri, elmi müəssisələrin, ali məktəblərin və digər dövlət qurumların nümayəndələri iştirak etmişlər. İclasda RETƏŞ-in nəzdində elmi problemlər üzrə elmi şuraların yaradılması, habelə ölkəmizdə elmi tədqiqat işlərinin əlaqələndirilməsi ilə bağlı bir sıra məsələlər müzakirə olundu.

İclası giriş sözü ilə açan RETƏŞ-in sədri, AMEA prezidenti akademik Akif Əlizadə dövlət başçısı cənab İlham Əliyevin elmə göstərdiyi diqqət və qayğıdan, elmin inkişafında alimlərin üzərinə düşən vəzifələrdən, eləcə də ölkəmizdə elmi tədqiqatların əlaqələndirilməsi işinin əhəmiyyətindən danışıb, RETƏŞ-in üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün Şuranın nəzdində müvafiq elmi problemlər üzrə elmi şuraların yaradılmasının vacibliyini qeyd etdi. Sonra gündəlikdəki məsələlərlə bağlı RETƏŞ-in üzvləri akademik Əhliman Əmiraslanov , akademik Asəf Hacıyev, akademik Urxan Ələkbərov, akademik Arif Mehdiyev , akademik

Daha sonra RETƏŞ-in məsul katibi, AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının Elmi-Təşkilat İdarəsinin rəisi, texnika üzrə elmlər doktoru Əminağa Sadıqov RETƏŞ-in nəzdində yaradılacaq müvafiq elmi problemlər üzrə elmi şuraların tərkibi haqqında iclas iştirakçılarına məlumat verdi. Müzakirələrdən sonra RETƏŞ-in nəzdində müvafiq elmi problemlər üzrə 14 elmi şuranın yaradılması haqqında qərar qəbul edilib və onların tərkibi təsdiq edildi. Elmi şuraların fəaliyyətinin səmərəli təşkili üçün onların tərkibinə ölkənin görkəmli alim və mütəxəssisləri daxil edildi.

Bildirildi ki, RETƏŞ-in yeni tərkibi AMEA Rəyasət Heyətinin 19 noyabr 2014-cü il tarixli qərarı təsdiq edilib və hazırda Şuranın qarşısında ölkədə bütün elmi müəssisə və ali məktəblərin elmi tədqiqat fəaliyyətini müasir səviyyədə vahid mərkəzdən əlaqələndirmək və istiqamətləndirmək, elmi tədqiqat işlərinin illik və uzunmüddətli planlarının hazırlanmasını, eləcə də tədqiqatların prioritet istiqamətlər üzrə aparılmasını təmin etmək, mövzuların təkrar işlənməsinin qarşısını almaq, elmi tədqiqatların nəticələrini təhlil etmək və qiymətləndirmək kimi mühüm vəzifələr durur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.az saytına istinad zəruridir.
  • Paylaş: