Rusiyanın Milli Tədqiqat Texnoloji Universiteti, M.V.Lomonosov adına Moskva Dövlət Universiteti və Rusiya Elmlər Akademiyası Biokimyəvi Fizika İnstitutunun əməkdaşları müəyyən ediblər ki, nanohissəciklərin köməyilə tibbi maskanı antibakterial etmək olar.
“Nauka i jizn” saytında yer alan xəbərdə bildirilir ki, tədqiqatçılar dəmir, tantal və digər metal nanohissəciklərdən ibarət su-spirt məhlulu hazırlayıblar. Onlar pambıq parçanı bu məhlulda islatdıqdan sonra bakteriya hopdurulmuş bərk səthin üstünə qoyublar. Antibakterial təsirə malik nanohissəciklər bakteriyaların artmasının qarşısını alıb, tantal nanohissəciyinin təsiri daha çox olub.
Təcrübə zamanı nanohissəcikli məhlulları “Bacillus subtilis” və “Escherichia coli” bakteriyalarında yoxlayıblar. Həmin bakteriyalarda hüceyrə qılafı fərqli olsa da, hissəciklər onları dağıda bilib və bakteriyalar məhv olub.
Həmçinin məlum olub ki, nanohissəciklər xlorid benzalkoniya və xlorid benzetoniya kimi antiseptiklərdən effektiv təsir göstərib. Lakin təcrübə heyvanlar üzərində aparılmayıb, insanlar da hələ ki nanohissəcikli maska taxmayıblar. Tədqiqatların davam etdirilməsi nəzərdə tutulur.