Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

09.12.2014 00:00
  • A-
  • A
  • A+

Gənc alim və mütəxəssislər şurasının bölmələr üzrə illik hesabatı dinlənildi

Gənc alim və mütəxəssislər şurasının bölmələr üzrə illik hesabatı dinlənildi

8-10 dekabr tarixlərində Azərbaycan Milli Elmlər Akademiyası Gənc alim və mütəxəssislər şurasının Fizika-Riyaziyyat və Texnika, Yer, Humanitar-İctimai, Biologiya və Tibb, Kimya, Aqrar elmləri və Naxçıvan, Gəncə bölmələrinin, eləcə də Şəki Regional Mərkəzinin hesabatları keçirilir.

Hesabatlarda, ilk əvvəl paytaxtda fəaliyyət göstərən AMEA-nın institut və təşkilatlarının şuralarının 2014-cü ili əhatə edən elmi-ictimai fəaliyyətinin nəticələri müvafiq bölmə rəhbərləri tərəfindən şura üzvlərinə təqdim olundu. Daha sonra regionlarda yerləşən AMEA təşkilatlarının fəaliyyəti gənclər tərəfindən müzakirə olundu.

Ümumiyyətlə, hesabat ilində ayrı-ayrı şuralar tərəfindən fərdi və ya müştərək təşkil olunmuş layihələr - məktəblilər üçün keçirilmiş olimpiadalar, gənclərin elmi fəaliyyətini stimullaşdıran tədbirlər, beynəlxalq və respublika elmi tədbirləri (konfrans, seminar, festival və s.) regionlarda və paytaxtda elmin təbliği ilə bağlı seminarlar və eləcə də gənclərin asudə vaxtlarının səmərəliyinin təmini ilə əlaqədar akademiyada ilk dəfə keçirilən institutlararası idman yarışı və s. daxil idi.

Hesabat haqqında fikirlərini bölüşən AMEA Gənc alim və mütəxəssislər şurasının sədri, fizika üzrə fəlsəfə doktoru Famin Salmanov qeyd etdi ki, rəhbəri olduğu AMEA Gənc alim və mütəxəssislər şurası bu ilin əvvəlində təsis edilib. Bildirdi ki, həmin şura akademiyaya bağlı olan elmi təşkilatların eyniadlı şuralarını koordinasiya edən mərkəzdir. Hesabatın ilk olmasına baxmayaraq, əvvəlcədən qəbul olunan tədbirlər planı çərçivəsində görülən işlərin miqyası və coğrafiyası gələcək hədəfləri üçün onları daha da ruhlandırır və bu ilin onlar üçün təcrübə baxımından vacib olduğunu, gələcək illərdə şuraların fəaliyyətində gənclərin elmi-tədqiqat təşəbbüslərinin və ideyalarının gerçəkləşdirlməsi istiqamətində yeni qeyri-ənənəvi layihələrin planlaşdırıldığını vurğuladı.

Sədr, qeyd etdi ki, bu ilki hesabatda seçilən şuraların fəaliyyəti qiymətləndiriləcək və bununla yanaşı, hesabat verməyən, fəaliyyəti qənaətbəxş sayılmayan şuralar haqqında zəruri məlumatlar onların təmsil etdiyi təşkilatlara göndəriləcəkdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.az saytına istinad zəruridir.
  • Paylaş: