Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

09.12.2014 00:00
  • A-
  • A
  • A+

“Fiziki- kimyəvi analizin müasir metodları- qaz xromotoqrafiyası” mövzusunda seminar keçirildi

“Fiziki- kimyəvi analizin müasir metodları- qaz xromotoqrafiyası” mövzusunda seminar keçirildi

Bu gün “Qafqaz Point” otelində Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) akademik M.Nağıyevadına Kataliz və Qeyri-Üzvi Kimya İnstitutunun “Fiziki-kimyəvi analizin müasir metodları- qaz xromotoqrafiyası” mövzusunda ümumrespublika elmi seminarı keçirildi.

Tədbiri giriş sözü ilə AMEA Kimya Elmləri Bölməsinin akademik-katibi, institutun direktoru, akademik Dilqəm Tağıyev açdı.

“Agilent technologies” şirkətinin Azərbaycanda rəsmi distribütoru olan “SEM-AZ”-ın birgə təşkilatçılığı ilə keçirilən seminarda Fransa, Hollandiya, həmçinin AMEA-nın kimya elmləri bölməsinə daxil olan institutlardan, ARDNŞ, BDU və digər təşkilatlardan gənc alim və mütəxəssislər iştirak etdilər.

Seminarın əsas məqsədi cihaz və avadanlıqlarla işləmək metodlarının istifadəçilər tərəfindən mənimsənilməsini təmin etmək, dəqiq karbohidrogen analiz üsulları haqqında seminar iştirakçılarını məlumatlandırmaqdan ibarətdir.

Tədbirdə “Agilent technologies” şirkətinin mütəxəssisləri Hollandiyadan Lou Ceng “Dəqiq Karbohidrogen Analiz üsulları”, Fransadan Paskal Vattaire “Qaz analizatorları və mikro GC sistemləri ” və b. məruzələrlə çıxış etdilər.

Sonda təqdim olunan elmi məruzələr müzakirə olundu, qonaqları maraqlandıran suallar cavablandırıldı.

Qeyd edək ki, seminar sabah akademik M.Nağıyev adına Kataliz və Qeyri-Üzvi Kimya İnstitutunda davam edəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.az saytına istinad zəruridir.
  • Paylaş: