Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

09.12.2014 00:00
  • A-
  • A
  • A+

“Azərbaycanda milli innovasiya sisteminin formalaşması və inkişafı” mövzusunda respublika elmi-praktiki seminarı keçirildi

“Azərbaycanda milli innovasiya sisteminin formalaşması və inkişafı” mövzusunda respublika elmi-praktiki seminarı keçirildi

Bu gün AMEA-nın Əsas binasında Elmi İnnovasiyalar Mərkəzinin təşkilatçılığı ilə “Azərbaycanda milli innovasiya sisteminin formalaşması və inkişafı” mövzusunda respublika elmi-praktiki seminarı keçirildi.

Tədbirdə innovasiya sahəsində çalışan alim və mütəxəssisələr, respublika nazirlikləri və komitələrinin nümayəndələri, ekspertlər iştirak edirdilər.

Seminarı giriş sözü ilə açan mərkəzin direktoru, hüquq üzrə fəlsəfə doktoru Azər Namazov elmi-praktiki tədbirin məqsədinin Milli İnnovasiya Sisteminin (MİS) formalaşması və idarə olunması istiqamətində beynəlxalq təcrübə mübadiləsi aparmaq, onun alt sistemlərinin icrası ilə əlaqədar görülən işləri, zəruri məsələləri nəzərə çatdırmaq olduğunu bildirdi.

Ölkəmizdə innovasiya fəaliyyətinin inkişaf etdirilməsinin metodoloji əsaslarının müasir şəraitə uyğunlaşdırılmasına, innovasiyalara əsaslanan yeni iqtisadi inkişaf mexanizmlərinin işlənməsinə ehtiyac olduğunu söyləyən A.Namazov qeyd etdi ki, MİS-in formalaşdırılması yeni biliklər, elmi innovasiya və yüksək texnologiyalara əsaslanan iqtisadiyyat və sənaye cəmiyyətinin qurulmasının ilkin mərhələsini təşkil edə bilər.

Alim bildirdi ki, rəhbərlik etdiyi mərkəz tərəfindən “Azərbaycan Respublikasının innovasiya siyasəti Konsepsiyası”, “Milli İnnovasiya Sisteminin formalaşması və inkişafı proqramı”, " Azərbaycan Respublikasında innovasiya fəaliyyətinə dövlət dəstəyi və tənzimlənməsi haqqında qanun” layihələri hazırlanmış, AMEA Rəyasət Heyəti tərəfindən müvafiq qiymət verilməklə, aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarına təqdim edilmişdir.

Tədbirdə professor Fərman Qasımov “Elmi-tədqiqat və tədris müəssisələrinin innovasiya aktivliyinin qiymətləndirilməsi”, professor Təbriz Əliyev “Sənayedə innovasiyaların tətbiqi proqramının işlənilməsinin metodiki aspektləri”, biologiya üzrə fəlsəfə doktoru Təmraz Təmrazov “Azərbaycanda innovasiya texnologiyalarının vəziyyəti” mövzusunda məruzələrlə çıxış etdilər.

Məruzələr ətrafında fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: