Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

11.12.2014 00:00
  • A-
  • A
  • A+

Ulu öndər Heydər Əliyevin ideyaları əbədiyaşardır

Ulu öndər Heydər Əliyevin ideyaları əbədiyaşardır

Dekabrın 10-da AMEA akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunda ümummilli lider Heydər Əliyevin vəfatının 11-ci ildönümü ilə əlaqədar anma tədbiri keçirilib.

Tədbirdə bu elm müəssisəsinin direktoru, AMEA-nın müxbir üzvü Gövhər Baxşəliyeva Azərbaycan tarixinin 40 ilinin ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayıb. Qeyd edilib ki, dahi lider gördüyü misilsiz işlərlə xalqımızın tarixinə böyük qurucu şəxsiyyət kimi düşüb. Azərbaycan tarixində müstəsna rolu olan ulu öndər həm sovet dövründə respublikamıza rəhbərliyi zamanı, həm də müstəqillik illərində ölkə Prezidenti kimi xalqımız üçün misilsiz işlər görüb. Müstəqil Azərbaycanın rəhbərliyinə respublikanın ən çətin vaxtlarında xalqın təkidli tələbi ilə qayıdan ümummilli lider Heydər Əliyev qısa müddətdə ictimai asayişin bərpasına nail olaraq insanlarda gələcəyə böyük inam yaratdı və ölkəmizin yüksək iqtisadi inkişafının əsasını qoydu.

G.Baxşəliyeva ulu öndər Heydər Əliyevin ölkə həyatının bütün sahələrinə, o cümlədən elmə böyük diqqət yetirdiyini söyləyib. Ümummilli lider 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra alimlərlə görüşlərin birində bildirib ki, Elmlər Akademiyası Azərbaycan xalqının böyük sərvətidir və bu sərvəti qoruyub yaşatmalıyıq. İnstitut direktoru əsası ulu öndər tərəfindən qoyulan bu siyasətin hazırda ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.

Digər çıxış edənlər də ümummilli liderin Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsində, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğunda, ölkəmizdə sabitliyin bərqərar olmasında misilsiz xidmətlərindən danışıblar. Qeyd edilib ki, ölkəmizdə bütün sahələrdə olduğu kimi elmin inkişafında da ulu öndərin xidmətləri heç vaxt unudulmayacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: