AMEA Zoologiya İnstitutunda ilk dəfə olaraq bu elmi müəssisədə fəaliyyət göstərən gənc alimlər arasında “İlin ən fəal gənc alimi” adlı müsabiqə keçirilib. Müsabiqənin qalibləri 2014-cü il ərzində dərc olunmuş elmi əsərlərinin sayı çox olan, yerli və xarici konfranslarda, treninqlərdə iştirak etmiş gənc əməkdaşlar arasından seçilib.
İştirakçılar 1, 2 və 3-cü yerlər uğrunda mübarizə aparıb. Belə ki, müsabiqədə I yerə 2 kitab, 2 məqalə və 1 tezisin müəllifi, Herpetologiya laboratoriyasının böyük elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Səbinə Bünyatova, II yerə 3 məqalə, 3 tezisin müəllifi, Almaniyada beynəlxalq konfransda iştirak etmiş, Protistologiya laboratoriyasının doktorantı Türkan Qurbanova, III yerə isə xaricdə nəşr olunan 2 məqalə və 1 tezisin müəllifi, Herpetologiya laboratoriyasının elmi işçisi Gülbəniz Qasımova layiq görülüb.
Qeyd edək ki, hər il bu müsabiqənin ölkəmizdə keçirilməsi planlaşdırılır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.az saytına istinad zəruridir.