Hollandiyanın Delft Texnologiya Universitetinin mütəxəssisləri misilsiz dron hazırlayaraq, onu sınaqdan keçirib. Dron hidrogen yanacaq elementləri ilə işləyir, havada 3,5 saat uçaraq, gəmilərin göyərtəsindən qalxa bilir.
Vesti.ru saytının verdiyi xəbərə görə, adətən iki tip pilotsuz təyyarədən istifadə olunur. Birinci növ benzinlə işləyir. Onlar uzun müddət havada qalır və uzun məsafələr qət edərək ağır yüklər daşıya bilir. Onların yalnız bir çatışmazlığı var, o da ekologiyaya uyğun olmayan köhnə daxili yanma mühərrikdir. Havaya buraxdığı qaz tullantılarında zərərli maddələr və qlobal istiləşməyə səbəb olan karbon-dioksid var. Bunun alternativi batareya ilə işləyən elektrik pilotsuz uçan aparatlardır. Belə PUA-lar işləyərkən zərərli tullantılar ifraz etmir. Təəssüf ki, bu cihazların məhdud güc ehtiyatı var. Yalnız bir neçə il əvvəl tədqiqatçılar iki saata qədər yüksəkdə qalmağı bacaran elektrik dron təqdim edib. Pilotsuz təyyarə təkcə quruda deyil, həm də dənizdə uçmaqla yanaşı gəmilərin göyərtələrinə də enib, qalxa bilər. Sınaqlar artıq bunu təsdiqləyib.
Dəniz küləyi, duzlu dəniz suyu sıçramaları və yellənən enmə meydançası PUA-lara çətinlik yarada bilir, lakin yeni PUA problemin öhdəsindən gələ biləcək. Bu səbəbdən insanları xilas etmək, hüquq-mühafizə və ya elmi araşdırmalar məqsədi ilə dəniz üzərindəki patrul çəkmək üçün istifadə edilə bilər.
Yeni dron qeyd edilən bir çox çatışmazlıqlardan uzaqdır. Hələ qeyd edilməyən yüksək sürət yığaraq, demək olar ki, şaquli vəziyyətdə qalxıb enə bilir. Dronun əsas güc mənbəyi 700 vatt hidrogen gücündədir. Yanacaq 6,8 litrlik yanacaq çənində 300 atmosfer təzyiqi altında saxlanılır. Belə bir yanacaq tədarükü və üç metrlik iki cüt qanad dronun havada 3,5 saatdan çox qalmasına imkan verir. Qeyd edək ki, təyyarənin çəkisi 13 kiloqramdır və əllə rahat daşına bilər.