ABŞ-ın Rays Universitetinin astronomları dekabrın 21-də Günəş batandan sonra Yupiter və Saturn planetlərinin gecə səmasında bir-birinə minimum məsafədə yaxınlaşacağını hesablayıblar.
Tədqiqatçılar orta əsrlərdən bəri planetlərin bir-birinə bu qədər yaxınlaşmadığını bildiriblər.
Qeyd edilib ki, hava şəraiti imkan verərsə, qeyri-adi təbiət hadisəsini Yerin istənilən nöqtəsindən müşahidə etmək mümkün olacaq.