Çexiya Elmlər Akademiyasının mütəxəssisləri koronavirusu məhv edən kağız icad edib.
"Aparılan sınaqlar göstərdi ki, 10 dəqiqədə COVID tipli virus 70% məhv edilir və 30 dəqiqədən sonra, səthinə düşən koronavirus tamamilə məhv olur", - deyə Çexiya Elmlər Akademiyasının nümayəndəsi İrji Sobek bildirib.
Kağız kimyəvi maddələrlə hopdurulub, bu səbəbdən səthə düşən mikrobların 99% bir dəqiqə ərzində məhv olur. İstehsalçılar kağızın pul və sənəd istehsalında geniş istifadə ediləcəyinə inanır. Çexiya yaxın gələcəkdə 10 ton belə kağız istehsal etməyi planlaşdırır.