AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Həmkarlar təşkilatı Qarabağ Dirçəliş Fonduna 2 min manat məbləğində vəsait köçürüb.
Qeyd edək ki, Qarabağ Dirçəliş Fondu ölkə başçısının 4 yanvar 2021-ci il tarixli Fərmanı ilə yaradılıb. Fondun yaradılmasında məqsəd Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyatın təmin edilməsi, bütün sahələrdə quruculuq-bərpa və abadlıq işlərinin aparılması, habelə təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin və rifahın davamlı artmasının dəstəklənməsidir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.