Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Görməni bərpa edən süni implant yaradılıb
25.01.2021 11:22
  • A-
  • A
  • A+

Görməni bərpa edən süni implant yaradılıb

İsraildə İsak Rabin adına Tibb Mərkəzinin cərrahları və “CorNeat” şirkətinin mütəxəssisləri korluq diaqnozu qoyulmuş 78 yaşlı bir xəstənin görmə qabiliyyətini bərpa ediblər.

Əməliyyat donor toxuması tələb etməyən sintetik “Kornea KPro” implantından istifadə etməklə həyata keçirilib.

Əməliyyat olunan xəstənin ertəsi gün görməyə başladığı və tez bir zamanda əsas oftalmoloji testlərdən keçdiyi bildirilib.

Alimlər bu əməliyyatın oftalmologiya tarixində yeni bir mərhələnin başlanğıcını qoyduğunu qeyd edirlər. Belə ki, bugünədək analoji əməliyyatların keçirilməsi üçün donor toxumalarına ehtiyac var idi. Süni buynuz qişanın uğurla tətbiq olunması isə bu ehtiyacı aradan qaldırır.

Oxu.az

  • Paylaş: