ABŞ-ın “SpaceX” şirkəti cümə axşamı “Falcon 9” raket daşıyıcısı vasitəsilə “Starlink”in 60 mikropeykinin buraxılışını həyata keçirib.
Kanaveral burnundakı (Florida ştatı) kosmodromdan buraxılış yerli vaxtla saat 01:19-da baş tutub.
Daşıyıcının ilk ayrılan hissəsindən əvvəllər artıq dörd buraxılışda istifadə olunub. “SpaceX” əməkdaşları “Falcon 9”un bu elementini startdan 9 dəqiqə sonra Atlantik okenındakı üzən “Of Course I Still Love You” (Əlbəttə ki, səni hələ də sevirəm) platformasına qaytara biliblər. Bu texnologiya şirkətə növbəti daşıyıcı buraxılışları zamanı xərcləri azaltmağa imkan verir.
“Starlink” şəbəkəsi Yerətrafı orbitdə çəkisi 500 kiloqrama qədər olan çox sayda kiçik aparatlar yerləşdirmək vasitəsi internetə çıxışı təmin etmək üçün nəzərdə tutulub.
“SpaceX”in qiymətləndirməsinə görə, ümumilikdə 11 min peykin buraxılışı və onların istifadəyə verilməsi 10 milyard ABŞ dollarına başa gələcək.
Xatırladaq ki, 2019-cu ilin may ayında “Starlink”in ilk 60 aparatı kosmosa göndərilmişdi.