Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Şərqşünas alimin məqaləsi Rusiyanın nüfuzlu hüquq jurnalında işıq üzü görüb
12.02.2021 12:42
  • A-
  • A
  • A+

Şərqşünas alimin məqaləsi Rusiyanın nüfuzlu hüquq jurnalında işıq üzü görüb

AMEA-nın Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, hüquq üzrə fəlsəfə doktoru, dosent Rauf Qarayevin “Dövlətlərin ərazi bütövlüyü və xalqların hüquq bərabərliyi və öz müqəddəratını təyinetmə prinsiplərinin nisbətinə dair” adlı elmi məqaləsi Rusiya Federasiyasında hüquq elmləri üzrə ən nüfuzlu elmi jurnal sayılan «Журнал Российского права» (“Rusiya hüquq jurnalı”) elmi nəşrinin növbəti sayında dərc edilib. 

R.Qarayev məqaləsində müxtəlif elmi dərketmə metodları əsasında dövlətlərin ərazi bütövlüyü, xalqların hüquq bərabərliyi və öz müqəddəratını təyinetmə prinsiplərinin nisbəti problemi tədqiq edilir. Müəllif bu sahədə beynəlxalq praktikanı və beynəlxalq doktrinaları tədqiq edərək yekun olaraq belə bir nəticəyə gəlir ki, bu prinsiplərin normativ məzmunu bir-birinə zidd deyil. Bu prinsiplər müxtəlif rəhbəredici başlanğıcları və standartları ehtiva edir. Onların nisbətinin əsas parametri ondan ibarətdir ki, xalqların hüquq bərabərliyi və öz müqəddəratını təyinetmə prinsipinin məzmunu dövlətlərin ərazi bütövlüyünün pozulmasına aparan hərəkətlərin sanksiyalaşdırılmasına yönəlmiş heç bir göstərişlər nəzərdə tutmur.

Qeyd etmək lazımdır ki, bu jurnal Rusiya Federasiyası Hökuməti yanında Qanunvericilik və Müqayisəli Hüquqşünaslıq İnstitutunun elmi nəşridir. “Rusiya hüquq jurnalı” Rusiyada nəşr edilən çoxsaylı elmi hüquq jurnalları arasında ən yüksək impakt-faktora malikdir və “Dövlət və hüquq. Hüquq elmləri” sahəsi üzrə birinci yer tutur. “Rusiya hüquq jurnalı” “Web of Science” platforması əsasında olan “Russian Science Citation Index” sisteminə daxildir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: