Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

17.02.2021 13:57
  • A-
  • A
  • A+

Bədxassəli şişlərin müalicəsində dərman terapiyasının tətbiqinə həsr olunan seminar keçirilib

Bədxassəli şişlərin müalicəsində dərman terapiyasının tətbiqinə həsr olunan seminar keçirilib

AMEA-nın Aşqarlar Kimyası İnstitutunda “Bədxassəli şişlərin müalicəsində dərman terapiyasının tətbiqi yenilikləri” mövzusunda elmi seminar keçirilib.

Tədbiri institutun elmi işlər üzrə direktor müavini, k.e.d., dosent Əfsun Sucayev açaraq seminarın gündəliyi barədə iştirakçılara məlumat verib.

Sonra institutun elmi işçisi Ulduz Cəfərovanın məruzəsi dinlənilib. O qeyd edib ki, onkoloji xəstəliklərin dünya səhiyyəsindəki ciddi problem olması onun ildən-ilə geniş yayılan dinamikasında ölüm hallarının da artmasından qaynaqlanır.

U.Cəfərova hazırda dünyada ən çox rast gəlinən və ən çox ölüm hallarına səbəb olan bədxassəli şişlər, onların yaranmasında rol oynayan risk amilləri, dünyanın inkişaf etmiş ölkələrinin aparıcı elmi mərkəzlərinin tövsiyə etdiyi bədxassəli şişlərdən qorunmaq yolları, profilaktik tədbilər haqqında geniş məlumat verib.

Məruzəçi hal-hazırda bədxassəli şişlərin müalicəsində nəyə üstünlük verilməsi, hansı müalicə metodlarının standart kimi tövsiyə olunması və ən əsası müalicə üsulunun seçilməsinin xəstəliyin yerləşdiyi orqandan, mərhələsindən, yayılmasından və xəstənin ümumi vəziyyətindən asılı olaraq dəyişməsini konkret faktlarla izah edib.

O, bu istiqamətdə potensial dərman maddələri – sintetik antioksidantlar və enzim-izoenzim inhibitorların yaradılması ilə bağlı Aşqarlar Kimyası İnstitutunun aparıcı alimlərinin müştərək beynəlxalq tədqiqatlar çərçivəsində apardığı araşdırmalar haqqında seminar iştirakçılarına məlumat verib.

Sonra məruzə ətrafında suallar cavablandırılıb, geniş müzakirələr aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: