Stenford Universitetinin araşdırmasına görə, Çin süni intellekt məsələləri üzrə elmi araşdırmaların sayına görə ABŞ və Avropanı geridə qoyaraq liderliyə yüksəlib.
Çin həm elmi jurnallarda dərc edilmiş nəşrlərin ümumi sayına görə, həm də resenziyalaşdırılmış (rəy verilmiş) nəşrlərin sayına görə əsas rəqiblərini (Avropa İttifaqı və ABŞ) qabaqlayır. Birinci halda elmi məqalələrin ümumi sayının 22,4%-i Çinin, 16,4%-i Avropa İttifaqının, 14,6%-i isə ABŞ-ın payına düşür, ikinci halda isə bu göstərici müvafiq olaraq 18%, 8,6% və 12,3%-ə bərabərdir.
Lakin Stenford Universitetinin mütəxəssisləri qeyd ediblər ki, ABŞ süni intellekt sahəsində praktik fəaliyyət göstərən elmi müəssisələr və şirkətlərlə əməkdaşlıq çərçivəsində hazırlanmış tədqiqatların həcminə görə liderliyini qoruyub saxlayır.
Sitat gətirmə indeksinə görə Sinqapur, Avstraliya və İsveçrə ön pillələri tutublar.