Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

23.01.2015 00:00
  • A-
  • A
  • A+

AMEA Aqrar Elmlər Bölməsinin növbəti iclasında bir sıra məsələlər müzakirə edilib

AMEA Aqrar Elmlər Bölməsinin növbəti iclasında bir sıra məsələlər müzakirə edilib

AMEA Rəyasət Heyətində Aqrar Elmlər Bölməsinin (AEB) növbəti iclası keçirilib.

Bölmənin büro üzvlərinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan AEB-in akademik-katibi, akademik Qərib Məmmədov gündəlikdəki məsələlər barədə məlumat verib.

Sonra AMEA-nın müxbir üzvü Zeynal Əkpərov “Mədəni bitkilərin genetik ehtiyatlarının qorunması və səmərəli istifadəsi haqqında” Azərbaycan Respublikası Qanunu əsasında tərtib olunmuş “2015-2024-cü illərdə mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsinə dair Dövlət Proqramı”nın əhəmiyyətindən danışıb. Dövlət Proqramının müvafiq formada AR Nazirlər Kabinetinə təqdim edilməsi ilə bağlı Rəyasət Heyəti qarşısında vəsatət qaldırılıb.

İclasda AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutu direktorunun tutduğu vəzifədən azad edilməsi ilə əlaqədar təhvil-təslim komissiyasının yaradılması məsələsi də müzakirə edilib. AMEA-nın müxbir üzvləri Mahmud Abdullayev, Pənah Muradov, aqrar elmlər üzrə fəlsəfə doktorları Qoşqar Məmmədov, Əmirah Məmmədov, Məmməd Məmmədov, Torpaqşünaslıq və Aqrokimya İnstitutunun baş mühasibi Ülviyyə Sadayeva və AMEA Maliyyə-iqtisad və mühasibat uçotu şöbəsinin aparıcı mütəxəssisi Fəridə Akmanova sözügedən komissiyanın üzvləri seçiliblər.

Tədbirdə, həmçinin 2014-cü ildə bölmə institutlarında fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmuş namizədlərin mövzuları təsdiq edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: