Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Bakı-Baki, Xaçmaz-Xakmazi, Şəmkir-Şəmkür. Təhrif edilən toponimlər
10.03.2021 15:25
  • A-
  • A
  • A+

Bakı-Baki, Xaçmaz-Xakmazi, Şəmkir-Şəmkür. Təhrif edilən toponimlər

İkinci Qarabağ müharibəsi dövründə Prezident İlham Əliyev ermənilər tərəfindən adları saxtalaşdırılan şəhər və kəndlərin tarixi adlarını bərpa etdi, alimləri bu istiqamətdə tədqiqatları dərinləşdirməyə səslədi.

AMEA-nın Coğrafiya İnstitutunun dissertantı Şakir Qabıssanlı da Azərbaycandakı toponimləri tədqiq edənlər sırasındadır. O, 2013-cü ildən toponimlərin tədqiqatı ilə məşğul olduğunu, həmin mövzuda iki kitabının çap edildiyini deyib. Onun sözlərinə görə, Azərbaycanda bir çox yer adları, hətta elə paytaxtımızın adı da zamanla təhriflərə uğrayıb və öz həqiqi mənasından uzaqlaşıb.

AMEA-nın Dilçilik İnstitutunun şöbə müdiri, professor İsmayıl Məmmədli toponimlərlə bağlı bu günədək bir çox müxtəlif mülahizələrin irəli sürüldüyünü qeyd edib.

Daha ətraflı Elm TV-nin hazırladığı reportajdan izləyə bilərsiniz.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: