Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Torpaqşünaslıq və Aqrokimya İnstitutunda Elm gününə həsr olunmuş tədbir keçirilib
29.03.2021 15:35
  • A-
  • A
  • A+

Torpaqşünaslıq və Aqrokimya İnstitutunda Elm gününə həsr olunmuş tədbir keçirilib

AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunda  Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə Elm gününə həsr olunmuş tədbir keçirilib. 

Tədbiri giriş sözü ilə institutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Fərid Mustafayev açaraq iştirakçıları bu əlamətdar gün münasibəti ilə təbrik edib. O, bildirib ki, AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə məktəblilərlə görüş, açıq qapı günləri, müxtəlif layihələr və elmimizin nailiyyətlərini, yeni innovasiyaları nümayiş etdirmək, elmin təbliğinə nail olmaq, cəmiyyətdə elmə olan marağı artırmaq, həmçinin elm-təhsil-istehsalat arasında əlaqələri gücləndirmək məqsədi ilə bir sıra elmi-praktiki tədbirlər keçirilib.

Tədbirdə çıxış edən Kənd Təsərrüfatı Nazirliyinin 3-cü Biotəhlükəsizlik səviyyəli Mərkəzi Referens laboratoriyasının direktoru a.e.ü.f.d. Şəlalə Zeynalova  tədbir iştirakçılarını Elm günü münasibəti ilə təbrik edərək iki müəssisə arasında elmi inteqrasiyanın əhəmiyyətini vurğulayıb. Daha sonra institutun Gənc Alim və Mütəxəssislər Şurasının idarə heyətinin  üzvü Nigar Mehdiyeva tədbir iştirakçılarını təbrik edərək elmi fəaliyyətlərində uğurlar arzu edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: