Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Alimlər xəstəliklərdən qorunmaq üçün sadə üsul aşkar ediblər
03.02.2015 00:00
  • A-
  • A
  • A+

Alimlər xəstəliklərdən qorunmaq üçün sadə üsul aşkar ediblər

Amerika alimləri insan orqanizmində müəyyən xəstəlikləri müalicə etmək, artıq çəki və xolesterinin səviyyəsini normal saxlamaq üçün sadə, lakin çox effektiv üsul aşkar ediblər.

Onların fikrincə, yaxşı əhval üçün hər gün albalı yemək və ya şirəsini içmək lazımdır.

www.arbatcity.ru saytından aldığımız məlumata görə, alimlər öz fərziyyələrini sübut etmək üçün bir neçə ay ərzində laboratoriya siçanları üzərində təcrübə aparıblar. Onlar böyük miqdarda piy və karbohidratlara minimal təsir göstərmək məqsədi ilə siçanları ciddi pəhrizdə saxlayıblar. 1% albalını heyvanların qida rasionuna daxil ediblər. Tədqiqat zamanı müşahidə olunub ki, giləmeyvələri qida menyusuna daxil etməklə siçanlarda çəki və xolesterinin səviyyəsi enməyə başlayır, nəticədə ürək xəstəliklərinin riski azalır. Daha sonra bu eksperimentləri artıq çəkiyə malik olan insanlarda tətbiq etməyə başlayıblar. Sınaq müddətində (bir ay ərzində) onlar hər gün albalı şirəsini içiblər.

Sınaqda iştirak edən insanların sağlamlığında müsbət göstəricilər əldə olunur. Beləliklə albalıda olan yüksək antioksidləşdiricilərin insan orqanizmində mühüm rol oynaması müəyyən olunur.

  • Paylaş: