Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Horizon Europe Məlumat Günləri keçiriləcək
17.05.2021 09:20
  • A-
  • A
  • A+

Horizon Europe Məlumat Günləri keçiriləcək

Avropa Komissiyasının Horizon Europe üzrə Milli Əlaqələndirici Şəxslər Şəbəkəsinin koordinatoru olan AMEA tədqiqatçıları, həmçinin dövlət və özəl sektorlardan digər maraqlı tərəfləri Horizon Europe Məlumat Günündə iştirak etməyə dəvət edir.

Azərbaycanın Avropa İttifaqının Horizon Europe Çərçivə Proqramında və Avropa Tədqiqat Məkanında (European Research Area) uğurlu iştirakını dəstəkləmək məqsədilə təşkil edilən virtual tədbir 20 may 2021-ci il tarixində saat 10:00-dan başlayaraq 4 saat davam edəcək.

Məlumat Günləri iştirakçılara Horizon Europe, onun strukturu və gələcək maliyyələşdirmə imkanları haqqında məlumat almaq imkanı yaradır. İştirakçılar sual-cavablar və müzakirələrdə iştirak edə bilər. Bundan əlavə, sessiyalarda Mariya Skladovskaya-Küri (MSCA), Avropa Tədqiqat Şurası (ERC), ikinci sütun altında maliyyələşdirilən tədqiqat və beynəlxalq əməkdaşlıq kimi müxtəlif mövzular təqdim olunacaq (tədbirin proqramı).

Tədbirdə iştirak üçün 18 may tarixinə qədər buradan qeydiyyatdan keçə bilərsiniz.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: