NASA “AG Carinae” adlı nəhəng ulduzun görüntülərini yayımlayıb.
Bəhs edilən ulduz Yer kürəsindən 20 min işıq ili (bir işıq ili təxminən 9 trilyon kilometrdir) uzaqda yerləşir. Günəşdən 70 dəfə böyükdür, milyon dəfə daha parlaqdır. “AG Carinae”nin təxminən 10 min il əvvəl meydana gəldiyi bildirilib.
NASA-dan verilən məlumata görə, sözügedən ulduz ömrünün son vaxtlarını yaşayır. Artıq bir müddətdən sonra partlayaraq məhv olacaq.