Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

10.02.2015 00:00
  • A-
  • A
  • A+

AMEA prezidenti İran İslam Respublikasının nümayəndə heyətini qəbul edib

AMEA prezidenti İran İslam Respublikasının nümayəndə heyətini qəbul edib

AMEA prezidenti, akademik Akif Əlizadə İran İslam Respublikasının Xarici İşlər nazirinin müavini, İran XİN-nin Beynəlxalq Təhsil və Tədqiqatlar Mərkəzinin direktoru Hadi Süleymanpurun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə Azərbaycan-İran əlaqələrinin tarixi, hər iki ölkə alimlərinin müxtəlif sahələrdə əməkdaşlıq və dostluq münasibətlərindən danışılıb. Bildirilib ki, bu əlaqələrin daha da genişləndirilməsi mühüm əhəmiyyət kəsb edir.

Akademiyanın yaranma tarixi və bu ilin noyabr ayında keçiriləcək 70 illik yubiley tədbirləri haqqında qonağa məlumat verən akademik Akif Əlizadə AMEA-da aparılan tədqiqatların istiqamətləri, o cümlədən son zamanlar yeni elmi istiqamət kimi formalaşdırılan palçıq vulkanlarının tədqiqi səhəsində görülən işlərdən söz açıb. AMEA-da elm və təhsilin inteqrasiyası, bu istiqamətdə həyata keçiriləcək layihələrdən danışan akademik İran elminin yeniliklərini də yüksək qiymətləndirib.

Hadi Süleymanpur İran İslam Respublikasında elm və təhsil, xüsusilə də tibb, nanotexnologiyalar, biotexnologiyalar və s. istiqamətlərdə aparılan tədqiqatlar və onların nəticələri haqqında məlumat verib. Qonaq, eyni zamanda, AMEA rəhbərini elmi əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məqsədi ilə İran İslam Respublikasına dəvət edib.

Görüş çərçivəsində, həmçinin tələbə və doktorantların təcrübə mübadiləsinin imkanları, Xəzər dənizində birgə bioloji və geoloji tədqiqatların aparılması və palçıq vulkanlarının müştərək araşdırılması və s. məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: