Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

Erməni terroruna dur deyək!
07.06.2021 14:20
  • A-
  • A
  • A+

Erməni terroruna dur deyək!

Xalqımızın 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm qələbə mənfur qonşularımızın ürəyinə ox kimi sancıldı. Əsrlərlə gözü qonşu torpağında qalan, Azərbaycan torpaqlarını – Zəngəzuru, Göyçə mahalını və digər dədə-baba yurdumuzu işğal edərək özlərinə qondarma dövlət quran erməni quldurları bəd əməllərindən əl çəkmirlər.

Azərbaycan Televiziyasının operatoru Sirac Abışov, AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov, Kəlbəcər Rayon İcra Hakimiyyətinin Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev erməni vandallarının Kəlbəcərdə basdırdıqları minaların qurbanına çevrildilər. Ermənilər işğal etdikləri torpaqlarımızdan çıxarkən Azərbaycan humanistlik göstərdi və onlara köçmək üçün vaxt imkanı verdi. Lakin vəhşi xislətli daşnaklar həmin vaxtdan istifadə edərək hər tərəfi minalayıblar. Onlar son məqamda da rəzil niyyətlərindən əl çəkmir, hər bir azərbaycanlının qətlini qənimət hesab edirlər. Qarabağın bütün ərazilərini minalayaraq intiqamçılıq hisslərindən əl çəkmirlər. 30 il doğma Qarabağımızı işğal altında saxlayan və insanlıq adına ləkə olan bu canilər nəinki Azərbaycan xalqını, bütövlükdə bəşəriyyəti məhvə sürükləyən bədnam niyyətləri, barbarlıqları ilə yer kürəsinə şər toxumu səpirlər.

Təəssüf ki, hələ də əsl həqiqəti görməyən və yaxud görmək istəməyən bəzi dünya dövlətləri yenə də bu ədalətsizliklərə göz yumur, xalqımıza qarşı törədilən ağlasığmaz vəhşilikləri sükutla qarşılayırlar. Axı, erməni faşistlərinin Xocalıda, Qarabağda törətdikləri analoqu olmayan cinayətlər tarixin ən dəhşətli və qanlı səhifələri kimi xalqımızın yaddaşına əbədi həkk olunub. Birinci Qarabağ savaşında torpaqlarımızı yağmalayan, zəngin sərvətlərimizə sahiblənməyə can atan, gülüstan diyarımızı viranəyə, xarabazara çevirən daşnaklar orada elə bir vandallıqlar törətmişlər ki, cənab Prezident İlham Əliyevin söylədiyi kimi, “elə bil ki, vəhşi bir qəbilə keçib”. Azərbaycanın əbədi və əzəli yaşayış məskənlərində - Ağdamda, Füzulidə, Cəbrayılda, Qubadlıda, Zəngilanda daşı daş üstə qoymayan mənfurlar məscidləri, məktəbləri, muzeyləri, kitabxanaları, mədəniyyət evlərini, sayı-hesabı bilinməyən ağ sarayları yerlə-yeksan etmiş və misli-bərabəri olmayan fəlakətlər törətmişlər. Laçında, Kəlbəcərdə, Şuşada və digər cənnət məkanlarımızda tarixin özü qədər qədim və əsrarəngiz olan meşələrimizi kəsib Ermənistana daşımış, tarixi abidələrimizi, Ağdamımızı, Füzulimizi, Zəngilanımızı və başqa tarixi yaşayış məskənlərimizi “ruhlar şəhəri”nə çevirərək yer üzündən silmişlər.

Hər birimiz tarix kitablarını oxuyarkən amansız müharibə və savaşların yer üzünə fəlakət gətirdiyi, minlərlə, milyonlarla günahsız insanların bu ədalətsiz müharibələrin qurbanına çevrildiyi haqqında məlumatlar əldə etmişik. Lakin heç bir tarix kitablarında təsvir olunan hadisələri ermənilərin törətdiyi cinayətlərlə paralelləşdirmək olmaz. Onlar insan idrakının dərk edə bilməyəcəyi, analoqu olmayan bütün vəhşiliklərdən maksimum dərəcədə yararlanaraq, nəinki bəşəriyyətin, həm də təbiətin qəniminə çevrilmişlər. Bu qaniçən cəlladları durdurmağın vaxtı çoxdan ötüb keçməyibmi? Onları insan adlandırmağın özü cinayət, ən azından günahdır. Çünki erməni faşistlərinin Xocalıda qarın, buzun üzərində gülləbaran edərək, cəsədlərini üst-üstə qalaqlayaraq benzin töküb yandırdıqları, fəryadları asimana bülənd olan körpələrin nalələri, İkinci Qarabağ savaşında Gəncədə, Bərdədə, Tərtərdə və eləcə də Qarabağın digər bölgələrində qətlə yetirdikləri neçə-neçə soydaşlarımızın günahsız ruhları bir daha dünyaya çağırış harayı deyilmi? Bu haray bütün yer üzündə yaşayan insanları terrora, ədalətsiz müharibələrə, işğallara son qoymağa çağırış nidasıdır.

Ermənilər namərdcəsinə öz hiyləgər əməllərindən əl çəkmirlər. Atalar yaxşı deyiblər: “Qozbeli qəbir düzəldər”. Yalan, böhtan və şər üzərində qurulan bir dövlət məhvə məhkumdur. Artıq Ermənistan adlı bir dövlətin varlığı şübhə altındadır. Bu mənfur canlılar (onlara adam deməyə insanın dili gəlmir) zaman-zaman bizə və eləcə də türk dünyasına qarşı soyqırımlar, fəlakətlər, işğallar törətməkdən zövq almışlar. Hətta körpə uşaqlarına dili söz tutarkən “türk sənin düşmənindir” kimi şovinist bir ideyanı təlqin etməyi qarşısına məqsəd qoyan məkrli ermənilər millətlər arasındakı düşmənçilik toxumunu davamlı olaraq hər zaman cücərtməklə əbədi düşmən obrazı yaratmağa çalışmışlar. Əsrlərdir ki, dənizdən-dənizə xülyası ilə yaşayan, havadarlarının dəstəyi və köməkliyi ilə torpaqlarımızı 30 ilə yaxın bir müddətdə işğal altında saxlayan bu qəsbkarlar yalançı qəhrəmanları ilə öyünmüş, fitnə-fəsad yuvası Ermənistanı qalib bir xalq kimi təqdim etməyə cəhd göstərmişlər. Ancaq “yalan ayaq tutar, yeriməz”, - deyib müdriklərimiz. Əsl gülən sonda güləndir.

Bu gün haqq-ədalət öz yerini tapıb. Şanlı, müzəffər və yenilməz ordumuzun şücaəti, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandanımız cənab İlham Əliyevin ağıllı, uzaqgörən və müdrik siyasəti sayəsində doğma Qarabağımız yağı düşmənlərdən azad edilib. Daşnakların 30 illik istismarından qurtulan doğma yurdumuz böyük türk birliyinin simvolu kimi bütövləşərək öz sakinlərini sevinc hissi ilə qarşılayır. Gözəlliklər diyarı, alınmaz qalamız Şuşada keçirilən möhtəşəm “Xarıbülbül” festivalı bu əbədi qayıdışın bir simvoludur. Şübhə yoxdur ki, torpaqlarımızın azadlığı, bütövlüyü və  əbədiliyi qəhrəman Azərbaycan oğullarının, hakimiyyətlə xalqın birliyi və qardaş Türkiyənin mənəvi dəstəyi ilə reallaşdı. Bu gün tək övladını cəbhəyə yola salan, bir ailədən iki oğlunu düşmən üzərinə göndərən fədakar, qürurlu ata-analarımızın, atasız körpələrimizin, daşnakların gülləsinə tuş gələn igid oğullarımızın, şəhidlik zirvəsinə yüksələn qəhrəman övladlarımızın, soyuq səngərlərdə mənfur düşmənlə ölüm-dirim savaşı apararaq qazilik rütbəsinə ucalan yenilməz igidlərimizin qarşısında baş əyirik! Bir qazimiz demişdir: “Ən böyük arzum Qubadlıya getməkdir. Çünki ayaqlarımı o yerdə dəfn ediblər. İstərdim gedib ayaqlarım basdırıldığı torpağı ziyarət edim”. Bu kövrək və qürurverici hisslər vətən məhəbbətinin hansı zirvədə olduğunu göstərən ən ali məqamdır. Belə igidlərimiz bir deyil, beş deyil. Azərbaycan xalqı bütövlükdə qəhrəmandır desək, daha doğru olar. Vətənini canından əziz tutan xalq tarix səhnəsində əbədi yaşayacaqdır!

Vüqar ƏHMƏD, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin müdiri, professor        

Gülbəniz BABAYEVA, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: