Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

11.06.2021 14:14
  • A-
  • A
  • A+

“Kadra düşməyən həqiqətlər” verilişinin növbəti buraxılışı Hüseyn Cavidə həsr olunub

“Kadra düşməyən həqiqətlər” verilişinin növbəti buraxılışı Hüseyn Cavidə həsr olunub

Kütləvi informasiya vasitələri ilə əməkdaşlıq AMEA Hüseyn Cavidin Ev Muzeyinin dahi Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin irsinin, həyat və yaradıcılıq yolunun təbliği istiqamətində gördüyü işlər sırasında önəmli yer tutur.

Bu günlərdə “Mədəniyyət” kanalında “Kadra düşməyən həqiqətlər” verilişinin Hüseyn Cavidə həsr olunmuş növbəti buraxılışının çəkilişi şairin Ev Muzeyində baş tutub. Çəkiliş qrupu indiyədək geniş kütləyə nümayiş olunmayan H.Cavidə aid sənədlər və nadir eksponatlarla təmin edilib. Verilişdə ulu öndər Heydər Əliyevin böyük şairin xatirəsinin əbədiləşdirilməsi istiqamətində misilsiz xidmətlərindən söhbət açılıb.

Qeyd edək ki, “Kadra düşməyən həqiqətlər” verilişinin Hüseyn Cavidə həsr olunmuş buraxılışının yaxın günlərdə “Mədəniyyət” kanalında yayımlanması planlaşdırılır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: