Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

16.06.2021 12:19
  • A-
  • A
  • A+

Neft-Kimya Prosesləri İnstitutunda “Ən yaxşı elmi məqalə” müsabiqəsi keçirilib

Neft-Kimya Prosesləri İnstitutunda “Ən yaxşı elmi məqalə” müsabiqəsi keçirilib

AMEA-nın akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda 35 yaşa qədər gənc tədqiqatçılar arasında “Ən yaxşı elmi məqalə” adlı müsabiqə keçirilib.

Gənc tədqiqatçıların yüksək impakt faktorlu və mühüm elmi bazalara daxil olan jurnallarda 2020-ci il üzrə çapdan çıxmış 31 elmi məqaləsi institutun rəhbərliyi tərəfindən qiymətləndirildikdən sonra 9 tədqiqatçının müəllifi olduğu 13 məqalə müsabiqədə iştirak üçün seçilib.

Müsabiqənin qiymətləndirilməsi üçün formalaşmış komissiya üzvləri - institutun direktoru, akademik Vaqif Abbasov, texnika elmlər doktorları, professorlar Hikmət İbrahimov,Təranə Məmmədova, müəssisənin Gənc Alim və Mütəxəssislər Şurasının sədri, texnika üzrə fəlsəfə doktoru Nərminə Abdullayeva və İKT şöbəsinin müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Zaur Ağamalıyevin iştirakı ilə gənclər mühüm elmi nəticələrini təqdim ediblər. Alınmış elmi nəticələr komissiya tərəfindən qiymətləndirilib, müsabiqə iştirakçıları arasında Ayaz Məmmədov, Zeynəb Həşimzadə 1-ci, Aygün İsayeva, Mehriban Nağıyeva, Necla Nəbiyeva, Gülay Rüstəmli 2-ci və Nərmin Babanlı, Kəmalə İsrafilova, Elnarə Musayeva 3-cü yerə layiq görülüblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: