Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Aşqarlar Kimyası İnstitutunda AZSTAND/TK-34 adlı texniki komitə fəaliyyətə başlayıb
17.06.2021 12:22
  • A-
  • A
  • A+

Aşqarlar Kimyası İnstitutunda AZSTAND/TK-34 adlı texniki komitə fəaliyyətə başlayıb

“Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxs tərəfindən AMEA-nın Aşqarlar Kimyası İnstitutu nəzdində “Aşqarlar, sürtkü yağları, sürtkülər və xüsusi mayelər” standartlaşdırılması üzrə Texniki Komitə (AZSTAND/TK-34) yaradılıb.

İnstitutun direktoru, akademik Vaqif Fərzəliyevin sözlərinə görə, Texniki Komitənin yaradılmasında məqsəd Azərbaycanda istehsal olunan “Aşqarlar, sürtkü yağları, sürtkülər və xüsusi mayelər”ə tələb olunacaq standartların beynəlxalq standart səviyyəsində tərtib edilməsi və bu işlərin səmərələşdirilməsidir.

Akademik bildirib ki, Texniki Komitənin fəaliyyətinin əsas istiqamətlərinə standartlaşdırmanın inkişaf proqramı və illik işlərin planının, həmçinin standart layihələrinin, qüvvədə olan standartların yenidən baxılması, standartlara dəyişikliklərin hazırlanması, Texniki Komitənin hazırladığı standartlardan istifadə edən təşkilatlara, müəssisələrə, birliklərə elmi-metodik köməkliklərin göstərilməsi, standartların tətbiqinin analizi və effektiv istifadəsinin həyata keçirilməsi, mövzu üzrə kataloqların hazırlanması və buraxılmasının təşkili kimi məsələrin həlli daxildir.

Vaqif Fərzəliyev vurğulayıb ki, Texniki Komitənin tərkibinə respublikada qeyd olunan sahədə tədqiqat, istehsalat və tətbiq ilə əlaqədar elmi müəssisə və təşkilatlar, habelə nazirliklərin nümayəndələri daxil edilib. “Hazırda 2021-ci il üçün təsdiq edilmiş Fəaliyyət Planına daxil edilmiş 9 dövlət standartı yoxlanılması işləri həyata keçirilir”, - deyə akademik söyləyib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: