Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

24.06.2021 14:38
  • A-
  • A
  • A+

Valideyn himayəsindən məhrum uşaqlar Dendrologiya İnstitutunda olublar

Valideyn himayəsindən məhrum uşaqlar Dendrologiya İnstitutunda olublar

“Cığır” ictimai birliyinin təşkilatçılığı ilə valideyn himayəsindən məhrum olmuş uşaqlar Dendrologiya İnstitutunu ziyarət ediblər.

Məqsəd valideyn himayəsindən mərhum olan uşaqlara sevgi və qayğı hissinin aşılanması, təbiətlə bağlı estetik, ekoloji tərbiyənin aşılanması, uşaqların psixoloji ruhlandırılması, təbiətdə bitkilərə, heyvanlara qarşı məhəbbətin formalaşdırılması olub.

İnstitutun əməkdaşı, elmi işçi Kəmalə Sadıqova Dendrologiya İnstitutunun tarixi və böyük xeyriyyəçi, neft milyonçusu Murtuza Muxtarov haqqında uşaqlara məlumat verib. Həmçinin burada aparılan elmi-tədqiqat işləri, əldə edilən nailiyyətlər, 1800 növ ağac və kol bitkisi, müasir standartlara cavab verən oranjeriyalar, gül-bəzək ekspozisiyaları, mədəni və dekorativ bitkiləri, eləcə də fond kolleksiyaları ilə qonaqları tanış edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: