Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

25.06.2021 15:24
  • A-
  • A
  • A+

Silahlı Qüvvələr Gününə həsr olunan “Müzəffər Ordumuz” adlı tədbir keçirilib

Silahlı Qüvvələr Gününə həsr olunan “Müzəffər Ordumuz” adlı tədbir keçirilib

AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurası (GAMŞ), AMEA YAP Ərazi Təşkilatı və Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə 26 İyun Azərbaycan Silahlı Qüvvələr Günü münasibəti ilə, “Müzəffər Ordumuz” adlı onlayn tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan GAMŞ sədri, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov bildirib ki, iyunun 26-sı  Azərbaycan Silahlı Qüvvələrinin yaradıldığı gün artıq 23-cü ildir ki, ölkəmizdə ümumxalq bayramı kimi təntənəli şəkildə qeyd edilir. Bu il ötən illərdən fərqli olaraq qalib ölkənin vətəndaşları kimi bu bayramı böyük sevinclə, qürurla keçiririk. F.Salmanov vurğulayıb ki, bu günün bayram kimi tarixləşməsinin müəllifi müasir Azərbaycan Ordusunun qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevdir. Ulu öndərin 1998-ci il mayın 22-də imzaladığı fərmanla 1918-ci ildə - Azərbaycan Xalq Cümhuriyyəti dövründə general Səməd bəy Mehmandarovun rəhbərliyi ilə ilk əlahiddə Azərbaycan korpusunun yaradıldığı gün - 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan edilib. Ümummilli lider Heydər Əliyev bu fərmanı ilə tarixi həqiqətin və Milli Ordu quruculuğunda varislik ənənələrinin bərpası istiqamətində çox gərəkli bir addım atıb. Sevindirici haldır ki bu ənənəni Ali baş Komandan İlham Əliyev uğurla davam etdirir. Bunun məntiqi nəticəsidir ki, Ermənistan silahlı birləşmələrinin təxribatlarına qarşı müzəffər Ali Baş Komandanın rəhbərliyi altında əks-hücum əməliyyatları ilə başlanan və 44 gün davam Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu tarixi torpaqlarımızı işğaldan azad etdi, ərazi bütövluyumuz bərpa olundu.

Tədbirdə 2016-ci il aprel döyüşlərində ön cəbhədə iştirak edən, 3-cü dərəcəli xidmətə görə və AR ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə xidməti vəzifələrini layiqincə yerinə yetirdiyi üçün bir çox fəxri fərmanlarla təltif olunmuş polkovnik-leytenant Eldəniz Sadıqov, II Vətən müharibəsində kəşfiyyat bölük komandiri kimi döyüşlərə qatılmış Füzuli, Şuşa, Xocavəndin azad olunmasına  görə, eləcədə Cəsur döyüşçü medalı ilə təltif olunan Vətən idman klubunun prezidenti mayor Elnur İsayev, 2-ci Vətən müharibəsinin iştirakçısı Vətən uğrunda, Ağdamın, Suqovuşanın azad olunmasına görə medallarla təltif olunan mayor Riyad Paşayev keçdikləri döyüş yolundan söz açıblar.

Həmçinin 44 günlük Vətən müharibəsində iştirak edən Akademiya əməkdaşlarından fəlsəfə üzrə fəlsəfə doktoru Radif Mustafayev, elmi işçi Pərviz Ağayev, AMEA YAP Ərazi təşkilatının sədri, biologiya üzrə fəlsəfə doktoru Ulduzə Qurbanova, Tarix Muzeyinin GAMŞ sədri, tarix üzrə fəlsəfə doktoru Sevinc Nəsirova, aqrar elmlər üzrə fəlsəfə doktoru Zaman Məmmədov, Torpaqşünaslıq və Aqrokimya İnstitutunun GAMŞ sədri Fərid Mustafayev tədbirlə bağlı fikirlərini bölüşüblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: