Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

19.02.2015 00:00
  • A-
  • A
  • A+

Nizami muzeyində açıq səma altındakı muzeylərə həsr edilmiş elmi seminar məşğələsi keçirildi

Nizami muzeyində açıq səma altındakı muzeylərə həsr edilmiş elmi seminar məşğələsi keçirildi

AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Azərbaycanın yeraltı tarixi yaddaşını, şəhər memarlığını qoruyan, yaşadan açıq səma altındakı muzeylərə həsr edilmiş növbəti elmi seminar məşğələsi keçirildi.

Muzeyin Qədim və Orta əsrlər Azərbaycan ədəbiyyatı şöbəsinin böyük elmi işçisi, professor Kamil İbrahimov arxeologiya elminin xüsusiyyətləri, nailiyyətlərindən bəhs edərək, muzey əməkdaşlarına İçərişəhər, Şəmkir, Tovuz, Şəki antik şəhərlərinin arxeoloji tapıntıları, coğrafi, mədəni irsi haqqında ətraflı məlumat verdi.

Muzey əməkdaşları nümayiş olunan video-slayd vasitəsilə orta əsrlər Azərbaycan memarlıq məktəbini təmsil edən yeraltı şəhər qalıqları, qala divarları, məzar yerləri ilə tanış oldular, müasir arxeoparklar haqqında maraqlı məlumatlar əldə etdilər.

Məruzəçi çıxışında Azərbaycan torpağının əsrlərlə qoynunda yaşatdığı bu təbii şəhər-muzeyləri tanıtmaqla kifayətlənmədi. Seminar iştirakçıları, həmçinin Türkiyə, Yunanıstan, İtaliyanın da açıq səma altındakı muzeylərinə bir qədər ekskurs etmiş oldular.

Seminar məşğələsi, muzey əməkdaşları – filologiya üzrə fəlsəfə doktoru Məlahət Kələntərli, elmi işçilər Nəzmiyyə Yigitoğlu, Solmaz Azadova və başqalarının sual və çıxışları ilə davam etdirildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: