Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

15.07.2021 12:08
  • A-
  • A
  • A+

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun yarımillik fəaliyyəti müsbət qiymətləndirilib

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun yarımillik fəaliyyəti müsbət qiymətləndirilib

AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.

AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik İradə Hüseynovanın sədrliyi ilə keçirilən iclasda cari ilin ilk 6 ayı ərzində müəssisənin şöbə və laboratoriyalarında yerinə yetirilən tədqiqat işlərinin nəticələri müzakirə olunub.

İnstitutda fəaliyyət göstərən 14 laboratoriyanın (o cümlədən, 5 beynəlxalq laboratoriya) müdirləri rəhbərlik etdikləri laboratoriyaların elmi və elmi-pedaqoji fəaliyyəti, kadr hazırlığı, nəşr işləri, ezamiyyə və monitorinqlər haqqında geniş məlumat veriblər. Aparılan işlər, mövcud problemlər ətraflı müzakirə olunub.

Sonda institutun yarım illik fəaliyyəti müsbət qiymətləndirilərək hesabatın qəbul olunmasına dair qərar verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: