Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

Vətən müharibəsi qazisi Tarix Muzeyində olub
26.07.2021 15:54
  • A-
  • A
  • A+

Vətən müharibəsi qazisi Tarix Muzeyində olub

Vətən müharibəsinin iştirakçısı, qazi Nihat Əfəndi AMEA-nın Milli Azərbaycan Tarix Muzeyini ziyarət edib.

Nihat Əfəndi “Anadır arzulara hər zaman Qarabağ!” və “Azərbaycan Atabəyləri dövləti” sərgiləri ilə tanış olub, şəxsi əşyalarını (fotoları, tərcümeyi-halı, onu yaralamış güllə başlığını) muzeyin Vətən Müharibəsi Fonduna təhvil verib.

Qeyd edək ki, Nihat Aydın oğlu Əfəndi 19 iyul 1999-cu ildə Sumqayıt şəhərində anadan olub. 2020-ci ildə Vətən müharibəsinin başlaması ilə əlaqədar olaraq səfərbərliyə cəlb edilib və cəbhəyə göndərilib.

Füzuli, Cəbrayıl və Xocavənd ərazisindəki döyüşlərdə iştirak edib. 2020-ci il oktyabrın 13-də Hadrutun azad edilməsi əməliyyatında düşmənin artilleriya atəşi nəticəsində sol gözündən və sağ ayağından yaralanıb. 2020-ci il noyabrın 3-dən yenidən hərbi əməliyyatlara cəlb edilib. Həmin ilin 30 dekabrında ordu sıralarından tərxis olunub.

Vətən müharibəsində fəal iştirak etdiyinə görə Fəxri fərmanla ilə təltif edilib və “Füzulinin azad olunmasına görə” medalına layiq görülüb.

Qeyd edək ki, muzeyin əməkdaşı Aygün Məmmədova qazinin şəxsi əşyalarının Vətən Müharibəsi Fonduna təhvil verilməsində vasitəçi olub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: