Avqustun 3-də AMEA-nın Dendrologiya İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.
Dendrologiya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Tofiq Məmmədovun sədrliyi ilə keçirilən iclasda cari ilin ilk 6 ayı ərzində müəssisənin şöbə və laboratoriyalarında yerinə yetirilən elmi-tədqiqat işləri və alınan nəticələr haqqında ətraflı məlumat verilib.
İnstitutda fəaliyyət göstərən 8 laboratoriya və 7 şöbənin müdirləri elmi və elmi-pedaqoji fəaliyyət, kadr hazırlığı, nəşr işləri, ezamiyyə və monitorinqlər haqqında geniş məlumatı iclas iştirakçılarının diqqətinə çatdırıblar.
Sonda aparılan işlər, mövcud problemlər ətraflı müzakirə olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.