Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

04.08.2021 14:20
  • A-
  • A
  • A+

Akademik Rasim Əliquliyev: “Ölkəmizdə Radiasiya Təhlükəsizliyi üzrə Milli Monitorinq Sisteminin yaradılması üçün elmi-texnoloji potensialı səfərbər etməliyik”

Akademik Rasim Əliquliyev: “Ölkəmizdə Radiasiya Təhlükəsizliyi üzrə Milli Monitorinq Sisteminin yaradılması üçün elmi-texnoloji potensialı səfərbər etməliyik”

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika-Riyaziyyat və Tex­nika Elmləri Bölməsinin (FRTEB) Ümumi yığıncağının növbəti onlayn iclasında Radiasiya Problemləri İnstitutunun (RPİ) baş direktoru, AMEA-nın müxbir üz­vü İslam Mustafayevin “Azərbaycanda radiasi­ya təh­lü­kə­sizliyi: müasir çağırışlar, mövcud elmi-tex­niki potensial və onun artırılması yolları” mövzu­sun­da elmi məruzəsi dinlənilib.

Alim vurğulayıb ki, XX əsrin ortalarından başlayaraq dünyada atom energetikasının və ra­­diasi­ya texnologiyalarının sürətli inkişafı və praktikada geniş istifadə olunması son nəticədə əha­li­nin və ətraf mühitin radiasiya təhlükəsizliyinin təmin edilməsini bəşəriyyət üçün prioritet prob­lem­­lər­­dən birinə çevirib. Bu fəaliyyət sahəsi fizika, kimya, biologiya, ekologiya, riyaziyyat, təba­bət, qi­da təhlükəsizliyi kimi çoxsaylı elmi istiqamətlərin qovşağında yerləşən multidissiplinar bir sa­hədir. Proble­min əsasında atom energetikasının və radiasiya texnologiyalarının sürətli inkişafı fo­nunda insan sağ­­lam­lığının və ətraf mühitin ionlaşdırıcı şüalanmanın təsirindən mühafizə etmək kimi mürəkkəb və çoxsahəli məsələnin həlli dayanır.

İslam Mustafayev, həmçinin radiasiya təhlükəsizliyi sahəsində Birləşmiş Millətlər Təşki­la­tı­nın çoxillik təcrübəsindən söhbət açıb. Bildirib ki, BMT radiasiya təhlükəsizliyi sahəsində öz siyasətini, elmi-praktiki fəaliyyətini, beynəlxalq əməkdaşlığını iki qurumunun – Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) və Radiasiyanın Təsirinin Öyrənilməsi üzrə Elmi Komitəsinin si­ma­­sında həyata keçirir.  

Qeyd edək ki, AEBA dünyanın nüvə texnologiyası və nüvə enerjisindən səmərəli isti­fa­də­sin­də elmi və texniki əməkdaşlıq üçün hökumətlərarası forum kimi çıxış edir. Onun qəbul etdiyi proqramlar nüvə enerjisinin, elm və texnologiyanın sülh yolu ilə tətbiq olun­ma­sı­nı, habelə nüvə təhlükəsizliyi, radiasiya mühafizəsi standartlarını və onların həyata keçirilməsini təşviq edir.

RPİ-nin baş direktoru nüvə texnologiyası, nüvə qaçaqmalçılığı, hərbi əməliyyatlar, habelə beynəlxalq və regional terror təşkilatlarının fəaliyyəti fonunda qlobal radiasiya təhlükəsizliyi məsə­lələrini şərh edib.

Avropa İttifaqının adıçəkilən məsələ ilə bağlı apardığı siyasətdən danışan məruzəçi vur­ğu­la­yıb ki, radiasiya təhlükəsizliyi Avropa Qonşuluq Siyasəti çərçivəsində Azərbaycanla Avropa İt­ti­fa­qı arasında 2006-cı ildə imzalanmış Fəaliyyət Planında prioritet istiqamətlərdən biri kimi yer tutur.

İslam Mustafayevin sözlərinə görə, Azərbay­can əra­zi­sinin coğrafi mövqeyinin və iqtisadi inkişafının spesifik xüsusiyyətləri, onun Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin böyük bir his­sə­­sini əhatə etməsi ikili təyinatlı nüvə ma­te­rial­larının, o cümlədən radioaktiv maddələrin daşın­­ması eh­­ti­ma­lını artırır və bu kimi hallar mü­şa­hi­də olunur. Bu da öz növbəsində, radiasiya təhlükəsizliyi baxımından xüsusi əhəmiyyət kəsb edir.

Alim qeyd edib ki, son 20 ildə Azərbaycan tədqiqatçıları regionda radiasiya təhlükəsizliyi probleminin tədqiqinə daha ardıcıl və sistemli şəkildə yanaşıblar. Ölkə ərazisinin ayrı-ayrı sahələrin­də radiasiya fonu ölçülüb, “qaynar nöqtə”lərin müəyyənləşdirilməsi və məhv edilməsi işləri aparılıb, radioizotopların elmi-tədqiqatlarda və müalicə-sterilizasiya işlərində geniş tətbiqinə baş­la­nı­lıb, transsərhəd çaylarda və gömrük-sərhəd məntəqələrində radiasiya monitorinqi cihazları qu­raş­­dırılıb.

AMEA-nın müxbir üzvü Azərbaycanda radiasiya təhlükəsizliyinin təmin edil­­məsinin mü­va­fiq dövlət proq­ram­larında, mövcud qanunvericilik və normativ-hüquqi aktlarda təs­biti və onun institusional poten­sialı məsələlərinə toxunub. 2021-2025-ci illər üçün nəzərdə tu­tul­muş “Radiasiya Təhlükəsizliyi üzrə Milli Elektron Məlumat Bazasının ya­ra­dıl­ması, radiasiya risk­lə­rinin GİS-də təsvi­ri və onların idarə olunması mexanizminin işlənilməsi” mövzusu üzrə aparılacaq tədqiqatlardan danışıb.

Sonra RPİ-nin laboratoriya müdiri, fizika üzrə fəlsəfə doktoru, dosent Famil Hümbətov Eko­­logiya və Təbii Sərvətlər Nazirliyi, Milli Nüvə Tədqiqatları Mərkəzi, RPİ-nin və Fövqəladə Hal­lar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlən­mə­si Üzrə Dövlət Agentliyi tərəfin­dən işğaldan azad olunmuş ərazilərdə – Şuşa şəhərində, Zəngi­lan, Füzuli, Qubadlı, Cəbrayıl və Xocavənd rayonlarında aparılan radioloji və ekoloji monitorinq barə­də məlumat verib.

Tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev er­mə­ni işğal­çı­la­rı tərəfindən Qarabağın və ətraf ərazilərin zəngin yeraltı və yerüstü sərvətlərinin talan edilməsi, ərazilərimizin minalanması, qanunsuz qazıntı işlərinin aparılması fonunda regionun kəskin ekoloji və radioaktiv çirklənməyə məruz qalmasından söz açıb. Qeyd edib ki, ölkə Pre­zi­den­ti cənab İlham Əli­­yevin rəhbərliyi ilə həyata keçirilən siyasət, o cümlədən, “yaşıl cəmiyyət”in formalaşdırılması, in­­­no­vativ eko­sis­te­min yaradılması, azad olunmuş ərazilərin “yaşıl enerji” zonasına çevrilməsi, həm­­­­çinin “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqi ölkəmizin radiasiya problemlərinin həlli məsələlərinə də sistemli yanaşma tələb edir və alimlərimizin qarşısında prioritet vəzifələr qoyur.

Peşə Xəstəlikləri Klinikasının baş həkimi, tibb üzrə fəlsəfə doktoru Sevda Xəlilova çıxışın­da radiasiya təhlükəsizliyi nöqteyi-nəzərdən əhalinin sağlamlığının mühafizəsi, radiasiya gigiye­na­sı məsələlərinə toxunub.

Onlayn iclasda çıxış edən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeoro­lo­gi­­ya Xidmətinin rəis müavi­­ni Rafiq Verdiyev ölkə ərazisində, sərhədyanı ərazilərdə ətraf mühi­tin radiasiya fo­nunun təyini üzrə apa­rılan gündəlik müşahidələrdən, əldə edilən məlumatların vizualiza­siyası və aidiyyatı dövlət qu­rum­larına ötürülməsindən, həmçinin təmsil etdiyi xidmətin RPİ-nin alim və mütəxəssisləri ilə sıx əməkdaşlığından danışıb. AMEA-nın müxbir üzvü İslam Mus­ta­fa­ye­vin bu əməkdaşlığa verdiyi töhfələrdən bəhs edib, onun radiasiya təhlükəsizliyi sahəsində elmi fəaliyyətini yüksək dəyərləndirib.

Tədbirdə Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tən­zim­lən­mə­si Üz­rə Dövlət Agentliyinin rəisi Vüqar Hüseynov da çıxış edib. Bildirib ki, rəhbərlik etdiyi qu­rum ölkəmizdə nüvə və radioloji təhlükəsizlik sahəsində yaranan münasibətlərin nizam­lan­­ması, beynəlxalq öhdəliklərin lazımınca yerinə yetirilməsi məqsədilə 2008-ci ildə Azərbaycan Respublikası Pre­zidentinin müvafiq Fərmanı ilə təsis edilib. Onun sözlərinə görə, adıçəkilən Dövlət Agentliyi əha­linin və ətraf mühitin radiasiya təhlükəsizliyinin təmin olunması, eləcə də nüvə və radio­loji fəaliyyətin tənzimlənməsi sahəsində dövlətin siyasətini və nəzarətini həyata keçirən icra haki­miy­yə­ti orqanıdır.

Vüqar Hüseynov bildirib ki, bu qurum radiasiya təhlükəsizliyi sahəsində fəaliyyət göstərən müvafiq dövlət orqanları, eyni zamanda AEBA, onun Beynəlxalq Hadisə və Qəza Mərkəzi, ABŞ Enerji Departamenti və digər beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir.

Məruzə ətrafında aparılan müzakirələrdə Milli Nüvə Tədqiqatları Mərkəzinin sədri, aka­de­mik Adil Qəribov, akademik Ənvər Nəhmətov, AMEA-nın müxbir üzvləri – Əminağa Sadıqov, Bilal Bilalov, Vəli Hüseynov, Çingiz Əliyev, Oqtay Səmədov və İsmayıl İsmayılov çıxış edib, maraqlı fikir mübadiləsi aparıblar.

İclasda radiasiya təhlükəsizliyi sahəsində müasir texnologiyaların tətbiqi ilə kompleks multidissiplinar tədqiqatların aparılması, yüksək səviyyəli kadr potensialının formalaşdırılması, ölkə miqyasında onlayn monitorinq sisteminin yaradılması, 2021-2025-ci illər üzrə elmi tədqiqat planlarına “Ra­diasi­ya Təh­lü­kəsizliyi üzrə Milli Elektron Məlumat Bazasının yaradılması, radiasiya risklərinin GİS-də təs­vi­ri və onların idarə olunması mexanizminin işlənilməsi” multidissiplinar mövzusunun daxil edil­mə­si barədə təkliflər səsləndirilib.

Sonda FRTEB-in Ümumi yığıncağı AMEA-nın müxbir üzvü İslam Mustafayevin “Azər­bay­canda ra­diasiya təhlükəsizliyi: müasir çağırışlar, mövcud elmi-texniki potensial və onun artı­rıl­ma­sı yolları” mövzusunda məruzəsinin müzakirə olunması üçün AMEA Rəyasət Heyətinin qar­şısında vəsa­tət qaldırılmasını qərara alıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: