Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

10.08.2021 17:04
  • A-
  • A
  • A+

Şərqşünas alim beynəlxalq konfransda iştirak edib

Şərqşünas alim beynəlxalq konfransda iştirak edib

AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Ərəb filologiyası şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Xumar Ələkbərova avqustun 8-9-da Polşanın paytaxtı Varşavada keçirilən IV Beynəlxalq Avropa Disiplinlərarası Araşıdrmalar Konfransında iştirak edib.

Konfransın işinə onlayn formada qatılan şərqşünas alim "Müasir Misir ədəbiyyatında kənd həyatı və dəyişməyən tarixi reallıqlar” mövzusunda məruzə ilə çıxış edib.

Məruzədə XX əsrin ortalarında Misirdə başlayan torpaq islahatlarının kəndlərdə yaratdığı tarixi reallıqlar fonunda yazılmış ədəbi əsərlərin müqayisəli təhlili nəzərə çatdırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: