Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

31.08.2021 10:14
  • A-
  • A
  • A+

Tarix Muzeyinin əməkdaşı Bülbülün Şuşadakı ev-muzeyinin ekspozisiyasının tərtib edilməsində iştirak edib

Tarix Muzeyinin əməkdaşı Bülbülün Şuşadakı ev-muzeyinin ekspozisiyasının tərtib edilməsində iştirak edib

Avqustun 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Xalq artisti Bülbülün Şuşa şəhərindəki ev-muzeyinin bərpa işlərindən sonra açılışı olub.

Muzeyin bərpa layihəsinin tərtib edilməsi və ekspozisiyasının qurulması işini həyata keçirən Mədəniyyət Nazirliyi tərəfindən muzeyin ekspozisiya planının tərtib edilməsində AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Elmi ekspozisiya və sərgilərin təşkili şöbəsinin müdiri, t.ü.f.d., dosent Səbuhi Əhmədov iştirak edib.

Ekspozisiya planı tərtib edilərkən Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlunun xatirələri, tövsiyə və məsləhətləri nəzərə alınıb, həmçinin 1982-1992-ci illərdə fəaliyyət göstərmiş ev-muzeyin tarixi fotoları cəlb edilib, məhşur xanəndə və musiqişünas alimin həyatı ilə bağlı faktlar, mövcud kino və fotomateriallar öyrənilib. İki otaqdan ibarət olan ekspozisiyada ənənəvi və interaktiv vasitələrdən istifadə etməklə XIX əsrin sonu – XX əsrin əvvəllərinin ab-havası yaradılıb, Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük xidmətlər göstərmiş, professional vokal məktəbinin təşəkkülü və təkamülündə mühüm rol oynamış Xalq artisti Bülbülün həyat və fəaliyyəti, Azərbaycan mədəniyyətindəki rolu əks olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: