Alimlər onilliklər ərzində geobakter bakteriyalarıın radioaktiv uran tullantılarını təmizləyə biləcəyindən şübhələnirdilər, lakin mikrobların bunu necə etdiyi elmə məlum deyildi.
"20 il ərzində bu bioloji mexanizmdən xəbərsiz idik", - deyən Miçiqan Dövlət Universitetinin mikrobioloqu Gemma Requera öz komandası ilə birgə bu istiqamətdə tədqiqatlar aparıb.
G.Requera 2011-ci ildə geobakter hüceyrələrinin bir tərəfində uranı "sıxmaq" üçün tellər kimi hərəkət edən zülal filamentləri düzəldib. Bu hadisə güclü təkanın bakteriyalara enerji verən kimyəvi reaksiyalar yaymağa başladığını, bu kimyəvi tərkibin uranı mineral formada tutaraq radioaktiv maddənin ətraf mühitə yayılmasının qarşısını aldığını müəyyən edib. Lakin bu zülal telləri geobakterin təmizlədiyi uranın təxminən 75%-ni təşkil edirdi.
ABŞ Milli Elm Fondu tərəfindən maliyyələşdirilən tədqiqat qrupu lipopolisakkaridlər adlandırılan molekulların hüceyrə səthini örtdüyünü və uranı “süngər” kimi udduğunu müəyyən edib.
“Applied and Environmental Microbiology” (Tətbiqi və Ətraf Mühit Mikrobiologiyası) jurnalında dərc olunan nəticələr təhlükəli çirklənməni aradan qaldırmaq və elektron tullantılardan metalları emal və bərpa edə bilmək üçün yeni yolların aşkarlanmasına kömək edə bilər.
Qeyd edək ki, gələcəkdə geobakter və onun “süngərlərinin” tullantı axınlarından digər zəhərli metalları çıxarmağa qadir olub-olmadığının araşdırılması nəzərdə tutulur.
Tərcümə etdi: Alidə Zeynalova
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.