Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

06.09.2021 15:15
  • A-
  • A
  • A+

AMEA muzeylərinə COVID-19 pasportu olmadan giriş məhdudlaşdırılıb

AMEA muzeylərinə COVID-19 pasportu olmadan giriş məhdudlaşdırılıb

Məlum olduğu kimi, Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərara etdiyi son dəyişikliyə əsasən sentyabrın 1-dən ölkəmizdə bəzi məhdudiyyətlər qüvvəyə minib.

Qərara əsasən, yaşı 18-dən yuxarı olan şəxslər qapalı məkanda göstərilən xidmətlərdən yalnız COVID-19 pasportu olduğu halda istifadə edə bilərlər.

Bu qayda koronavirusun geniş yayılmasının qarşısının alınması məqsədilə AMEA-nın tabeliyindəki muzeylərə də şamil olunub.

Belə ki, AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi, Hüseyn Cavidin Ev Muzeyi, Milli Azərbaycan Tarixi Muzeyi və Təbiət Tarixi Muzeyinin xidmətlərindən yalnız “COVID-19 vaksin sertifikatı” və “COVID-19 immunitet sertifikatı” olan, ən azı birinci dozanı vurdurmuş şəxslər istifadə edə bilərlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: