AMEA-nın Aşqarlar Kimyası İnstitutunun (AKİ) baş direktoru, akademik Vaqif Fərzəliyev, müəssisənin icraçı direktoru, kimya elmləri doktoru, dosent Əfsun Sucayev, aparıcı elmi işçiləri k.ü.f.d. Tənzilə Akçurina, k.ü.f.d., dosent Xuraman Əfəndiyeva və k.ü.f.d. İradə Eyvazovanın apardıqları tədqiqatların nəticələrindən bəhs edən növbəti məqalə “Tətbiqi Neft-Kimya Tədqiqatları” (Applied Petrochemical Research) adlı impakt faktorlu, nüfuzlu xarici jurnalda dərc edilib.
Məqalə polimer materiallarının yeni növ stabilizatorlarının yaradılmasına həsr olunub.
Xatırladaq ki, dünyaca məşhur “Springer” nəşriyyatının dərgisi olan “Applied Petrochemical Research” jurnalı “Web of Science” və “Scopus” beynəlxalq elmi bazalarına daxildir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.