Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

15.09.2021 14:35
  • A-
  • A
  • A+

Aşqarlar Kimyası İnstitutunun alimlərinin aldıqları yeni metal komplekslərin dərman potensialı araşdırılıb

Aşqarlar Kimyası İnstitutunun alimlərinin aldıqları yeni metal komplekslərin dərman potensialı araşdırılıb

AMEA-nın akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun alimləri tərəfindən sintez olunmuş yeni metal komplekslərin rentgen struktur vasitəsilə müfəssəl analizi aparılıb, reaksiyaların nəzəri-təcrübi mexanizmi kompüter hesablamaları ilə öyrənilib,  kompleks ferment qarşılıqlı təsirlərini göstərmək üçün “molekulyar dockinq” metodundan istifadə edilərək onların farmakokinetik xüsusiyyətləri tapılıb və əldə edilən mühüm nəticələr kompleksin potensial dərman maddəsi ola biləcəyini göstərib.

Sözügedən tədqiqatlarla bağlı institutun alimləri - akademik Vaqif Fərzəliyev, baş elmi işçi, k.e.d., Mahizər Əliyeva və kiçik elmi işçi Mənsurə Hüseynovanın türk həmkarları ilə birgə müəllifi olduğu “Qlioksil turşusunun tiosemikarbazon ilə kristal sink kompleksinin sintezi, bioloji və nəzəri xüsusiyyətlərinin tədqiqi” adlı məqaləsi nüfuzlu “Molekulyar Struktur Jurnalında”  (Journal of Molecular Structure) dərc olunub.

Qeyd edək ki, “Web of Science” bazasında arxivləşən və impakt faktoru 3.2 olan “Journal of Molecular Structure” kimyada molekulyar quruluşların tədqiqatına həsr olunan Q1 reytinqli nəşrlərdən biridir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: