Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

15.09.2021 17:37
  • A-
  • A
  • A+

Polimer Materialları İnstitutunda prioritet istiqamətlər üzrə tədqiqatlar aparılır

Polimer Materialları İnstitutunda prioritet istiqamətlər üzrə tədqiqatlar aparılır

AMEA-nın Polimer Materialları İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.

İclası müəssisənin baş direktoru, AMEA-nın müxbir üzvü Bəxtiyar Məmmədov açaraq yığıncağın gündəliyi barədə iştirakçılara məlumat verib. B.Məmmədov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən dövlət siyasəti nəticəsində ölkəmizdə iqtisadi, siyasi, mədəni, sosial, hərbi və digər sahələrdə yüksək inkişafa nail olunub. Yaranmış yeni reallıqların tələblərinə cavab verə biləcək vəzifələrin – ölkənin müdafiə qüdrətinin artırılması, işğaldan azad edilmiş ərazilərin bərpası, 2020-2025-ci illər üçün yeni prioritet istiqamətlərdə nəzərdə tutulmuş elmi tədqiqatların – konkret olaraq yeni fizioloji aktiv funksional monomerlərin, polimerlərə müxtəlif təyinatlı əlavələrin, tənzimlənən quruluşlu bioloji fəal, istiliyə və odadavamlı, elektroaktiv, şüalara qarşı həssas, bioloji dağılan və optiki şəffaf polimer materialların, smart polimer materialların, polimer-polimer kompozisiyaların və hibrid polimer nano­kompozisiyaların yaradılması işlərinin yerinə yetirilməsi üçün institut alimlərinin və gənclərinin elmi potensialından bacarıqla istifadə olunmalıdır.

İnstitutun baş direktoru elm və təhsil işçilərinin də daxil olduğu iş və xidmət sahələrində fəaliyyət göstərən şəxslərin COVID-19-a qarşı peyvənd olunması və ya immunitet sertifikatının tələbi ilə əlaqədar Nazirlər Kabinetinin 26 iyul 2021-ci il tarixli Qərarına müvafiq olaraq müəssisədə vaksinasiya sahəsindəki vəziyyət barədə məlumat verib. O qeyd edib ki, Sumqayıt şəhər Səhiyyə şöbəsinin həkimləri dəfələrlə səyyar briqadalar şəklində instituta gələrək əməkdaşların vaksinasiyasını həyata keçirib. Bununla əlaqədar olaraq əməkdaşların əksəriyyəti vaksinasiya olunub və işçilər arasında mütəmadi maarifləndirmə işləri aparılıb.

İclasda institutun 2 sabiq doktorantına dissertasiya işinin yekun mərhələsində tamamlama işlərini aparmaq üçün Ali Attestasiyası Komissiyasının Əsasnaməsinə uyğun olaraq onlara yaradıcılıq məzuniyyətinin verilməsi haqqında qərar qəbul edilib.

Daha sonra gündəlikdə duran digər məsələlər də müzakirə edilərək müvafiq qərarlar verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: