Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

16.09.2021 11:31
  • A-
  • A
  • A+

Lənkəranda “Nizami Gəncəvi və Azərbaycan xalq yaradıcılığı” kitabının təqdimatı olub

Lənkəranda “Nizami Gəncəvi və Azərbaycan xalq yaradıcılığı” kitabının təqdimatı olub

Bu günlərdə Lənkəran şəhər Heydər Əliyev Mərkəzində Nizami Gəncəvinin 880 illik yubileyi çərçivəsində AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfzadə tərəfindən monoqrafiya halında nəşrə hazırlanmış “Nizami Gəncəvi və Azərbaycan xalq yaradıcılığı” kitabının təqdimatı olub. Kitab görkəmli ictimai xadim, pedaqoq və ədəbiyyatşünas Məmməd Ələkbərovun Sovet dövründə filologiya elmləri namizədi alimlik dərəcəsi almaq üçün işləyib tamamladığı dissertasiya işi əsasında tərtib edilib.

Mərkəzin direktoru Reyhanə Sadıqova tədbiri giriş nitqi ilə açaraq kitab haqqında fikirlərini bölüşüb.

Əlyazmalar İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfzadə tədbirdə çıxış edərək ərsəyə gətirdiyi kitab haqqında geniş məlumat verib və Nizami yaradıcılığının tədqiqatçısı kimi fikirlərini söyləyib.

Tədbirdə, həmçinin Əlyazmalar İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Kərimulla Məmmədzadə, AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Mehman Qaraxanoğlu, Lənkəran Dövlət Universitetinin Azərbaycan dili və ədəbiyyat kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Elşad Səfərli mövzu ilə bağlı məruzələrlə çıxış edərək, gələcəkdə bu kimi tədbirlərin keçirilməsinin davamlı olacağına əminliklərini bildiriblər.

Tədbir musiqili ədəbi-bədii kompozisiya ilə davam edib.

Sonda Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin rəsm studiyasının hazırladığı “Nizami Gəncəvi əsərləri uşaqların gözü ilə” adlı rəsm sərgisi nümayiş olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: